Kənd Təsərrüfatı Nazirliyində vəzifəli şəxs işdən çıxarldı
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov "APA-Economics"ə bildirib ki, C.Quliyevin yerinə Ələddin Eyvazov təyin olunub.
C.Quliyevin dünən İmişli rayonunda pambıq tarlasında işləyən fəhlələrin zəhərlənməsi faktına görə işdən çıxarıldığı ehtimal olunur.