"Jeep"lə Mercedes toqquşub, 5 yaralı var

Bakının Nobel prospektində ağıq yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının binası yaxınlığında, prospekt boyunca hərəkət edən "Jeep"lə "Mercedes Benz" markalı avtomaşın toqquşub.

 

Hadisə şahidlərininin verdiyi məlumata görə, sürətlə hərkət edən "Jeep" qarşı yola çıxaraq əvvəlcə işıq dirəyini aşırıb. Daha sonra isə "Mercedes Benz "ə çırpılıb. Nəticədə "Jeep"də olan 3 nəfərlə, "Mercedes Benz"də olan 2 nəfər ağır bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralılar dərhal  1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Xətai Rayon Dövlət Yol Polis Şöbəsindən verdilən məlumata görə, qəzanın iştirakçısı olan "Jeep" markalı avtomaşın yolda nəqliyyatın hərəkətinə mane olduğu üçün dərhal hadisə yerindən evakuasiya olunub. Qəza səbəbindən yaranmış tıxac aradan qaldırılıb:

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv