Fransada İLK SÜNİ ÜRƏK köçürməsi həyata keçirilib
Fransanın "Carmat" şirkəti ilk süni ürək köçürmə əməliyyatı həyata keçirib. APA TV-nin məlumatına görə, ürək azı 5 il döyunə biləcək. Şirkət dekabrın 20-də parisdə baş tutan əməliyyatın rahat keçdiyini, pasientin ayıldığını və danışdığını bildirib. Daha önəcə insan üzərində həyata keçirilmiş süni ürək köçürmə əməliyyatları zamanı problem yaşanıb. Hazırda pasient intensiv müalicə bölməsində nəzarətdə saxlanılır.