Ramal Amanov erməni boksçu Sevak Baqdasaryana qalib gəldi

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı boksçu Ramal Amanov erməni idmançı Sevak Baqdasaryanla rinqə çıxıb.

 

“Dinamo” idman zalında baş tutan yarışda Ramal Amanov rəqibinə xal hesabı ilə qalib gəlib. Gərgin keçən yarışda hakim Ramal Amanovun xeyrinə nəticə çıxarıb. Erməni idmançısı hakimin qərarına etiraz etsə də nəticə dəyişməyib.  İdmançımız 2005-ci ilin Dünya çempionatının gümüş mükafatçısı Baqdasaryana qalib gəlib. 

 

Ramal Amanov Azərbaycan milli komandasının üzvüdür.

 

Müəllif | Apa.Tv