30 yaşlı Göyçay sakini özünü asıb - SƏBƏB BİLİNMİR
Göyçay rayonunda intihar hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Hacıağabəyli kəndində 30 yaşlı Anar Fətəliyev yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq öldürüb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları intiharın səbəbini müəyyənləşdirir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.