24 yaşlı gənc özündən 16 yaş böyük kişini öldürdü - ŞİRVANDA
Şirvan şəhərində qətl hadisəsi törədilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1978-ci il təvəllüdlü Abbasov Abbas Qulamhüseyn oğlu şəhər kənarında, yaşayış olmayan ərazidə çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilib.
Qətli törədən Şirvan sakini, 1994-cü il təvəllüdlü İbadov Əziz Loğman oğlu polisə təslim olub. Qətlin mübahisə zamanı törədildiyi bildirilir.
Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.