Ermənistan ordusunun peşəkar hərbçisinin meyiti tapılıb
Ermənistan ordusunun peşəkar hərbçisinin meyiti tapılıb.
APA TV-nin erməni mətbuatına istinadən məlumata görə, hadisə iyunun 22-də baş verib.
Ermənistan ordusunda müddətli hərbi xidmət hərbi qulluqçusu Ovanes Melkonyanın meyiti xidmət etdiyi hərbi hissənin yaxınlığında aşkar edilib.
O, döyüş bölgəsində qulluq edib.
Onun üzərində güllə yarası aşkarlanıb.
Ermənistanın Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.