Yaponiya İrandan neft idxalına son qoya bilər - ABŞ MƏCBUR EDİR
ABŞ İran neftindən imtina etməsi üçün Yaponiya ilə danışıqlar aparır.
APA TV-nin "Bloomberg"ə istinadən məlumatına görə, Ağ Ev rəsmiləri bu məsələni yapon həmkarları ilə müzakirə etsə də, Tokio yekun qərarını hələ açıqlamayıb.
Bu arada Yaponiya rəsmiləri bəyan edib ki, əgər ABŞ-la bu məsələdə razlıq əldə olunsa ölkə İrandan neft idxalını bu ilin oktyabrında dayandıracaq.
Qeyd edək ki, "Gündoğar ölkə" Asiya bazarında İran neftinin ən böyük idxalçısıdır. Belə ki, 2017-ci ildə ölkəyə daşınan İran nefti ümumi idxal həcminin 5,3 faizini təşkil edib.