Yavər Camalov vəfat edib
Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.
APA -nın məlumatına görə, məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.
Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli sərəncamı ilə Müdafiə Sənayesi naziri təyin edilib.
Yavər Camalov 16 oktyabr 2009-cu ildə ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin.