Yük maşını aşdı, yol bağlandı

Sabirabadda "A-Trans-Motors" MMC -yə məxsus qumla yüklənmiş "Shaqman" markalı yük avtomobili yoldan çıxaraq aşıb. APA TV-nin məlumatına görə, hadisə   Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində baş verib. Qəzaya səbəb yolda aparılan təmir işləri olub. Belə ki, ağır yüklə yüklənmiş avtomobilin təkəri sürüşərək yoldan çıxarıb və  çevrilib. Sürücü hadisə yerindən yayındığı üçün polislər tərəfindən hadisə anında onun kimliyini müəyyənləşdirmək olmayıb. Qəza ilə əlaqədar yolda müvəqqəti olaraq böyük tıxac yaranıb. Elə gecə saatlarında qəzanın nəticələri aradan qaldırılıb.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı