Türkiyədə seçki nəticələrinin 91%-i hesablanıb - ƏRDOĞAN LİDERDİR
Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Keçirilən parlament seçkilərində səslərin 91 faizi sayılıb.
APA TV-nin məlumatına görə, sayılan səslərə əsasən, “Cümhur ittifaqı” bloku 54,06%, “Millət ittifaqı” 33,09%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,92% səs toplayıb.
Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası parlament seçkilərinə birgə blokda – "Cümhur ittifaqı"nda qatılıb, Böyük Birlik Partiyasının (BBP) namizədləri isə "Cümhur ittifaqı"nda AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.