İki maşın traktorla toqquşdu - 8 YARALI
Gəncə-Şəmkir magistral avtomobil yolunda zəncirvari yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes", "VAZ-2107" markalı minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 8 nəfər - Ağstafa rayon sakinləri, 1976-cı il təvəllüdlü Namazov Rüfət Arif oğlu, 1978-ci il təvəllüdlü Həsənov Zaur Ələmdar oğlu, 1950-ci il təvəllüdlü Xəlilova Mahirə Əbdülrəhman qızı, 1986-cı il təvəllüdlü Xəlilova Günay Əbülfəz qızı, Şəmkir rayon sakinləri, 1960-cı il təvəllüdlü İbrahimov Kərim İbrahim oğlu, 1986-cı il təvəllüdlü Əliyeva Zahidə Qələndər qızı və onun iki azyaşlı övladı xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.