Kür çayı DONDU

Kür çayının Türkiyənin Ardahan bölgəsindən keçən hissəsi donub. Bu ərazinin 189 km hissəsindən keçən Kür çayının donmasına səbəb Sibir  ərazisindən gələn sərt şaxtalardır. Xüsusilə gecələr şaxtanın - 23 dərəcə C-yə düşməsi ilə çayın üzəri buz tutub. Hazırda buzun üstü uşaqlar üçün oyun sahəsi, gənc və yaşlı insanlar üçün isə gəzinti parkı olub.  Kür çayının uzunluğu 1515 km-dir. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür.

 

Müəllif | Apa.Tv