14 yaşlı oğlan özünü asıb - TOVUZDA
Tovuz sakini intihar edib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.
Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.