DGK sədri Qaxda vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edib.
APA TV-nin məlumatına görə, Qax şəhərindəki Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbula Balakən, Zaqatala və Qax rayon sakinləri, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlər iştirak edib.
Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.