Bakıda çoxmərtəbəli binada yanğın: 18 NƏFƏR TƏXLİYƏ OLUNDU

Yasamal rayonunda çox mərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, binanın 5-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər 200 metr elektrik naqilləri  yanıb. Yanğın zamanı mənzillərdən 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Elektrik naqillərinin qalan hissəsi binanın mansarıdı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Müəllif | Apa.Tv