Sabah paytaxtda havanın hərarəti 37 dərəcəyə çatacaq
Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25°, gündüz 32-37° isti olacağı gözlənilir.
Qeyd edək ki, Mərkəzi Aran rayonlarında havanın hərarətinin gündüz 35-40 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturunun 24-25° isti olacağı ehtimalı var. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 25-26° isti olacağı gözlənilir.