Serj Sarkisyanın qardaşı həbs olundu - SƏBƏB
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan həbs olunub.
APA TV-nin erməni mətbuatına məlumatına görə, ona qarşı qeyri-qanuni silah saxlama ittihamı irəli sürülüb.
İrəvan polisi sabiq prezidentin qardaşının həbsi ilə bağlı məlumatı təsdiqləyərək, istintaq aparıldığından əlavə məlumat verməyib.
Sabiq prezidentin qardaşı hazırda istintaq təcridxanasında saxlanılır.