Fəhlə tikintidə öldü - BAKIDA FACİƏ
Bakıda fəhlə binadan yaıxılaraq ölüb.
APA TV-nin məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, "20-ci sahə" adlanan ərazidə qeydə alınıb.
Həmin ərazidə tikilməkdə olan 18 mərtəbəli binada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Fuad Oqtay oğlu Həsənov 13-cü mərtəbədən yıxılıb.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.