Sərxoş sürücü "MERCEDES"İ YÜK MAŞININA ÇIRPDI
Bakının Yusif Səfərov küçəsində minik maşını yük avtomobilinə çırpılıb. APA TV-nin məlumatına görə, İlhami Sadıqovun idarə etdiyi "BMC" markalı yük maşını Yusif Səfərov küçəsi ilə Koroğlu körpüsü istiqamətində hərəkətdə olarkən yüksək sürətlə gələn "Mercedes" markalı minik avtomobili arxadan ona çırpılıb. Hadisə nəticəsində minik maşınının sürücü Canpolad Əmrahov yüngül xəsarət alıb. Təcili tibbi yardım briqadası çağırılıb və hadisə yerində sürücüyə ilkin tibbi yardım göstərilib.
Yük maşınının sürücüsü iddia edir ki, "Mercedes"-i idarə edən Canpolad Əmrahov sərxoş olub və avtomobili çox yüksək sürətlə idarə edib. Yol polisi əməkdaşları avtomobilin yüksək sürətlə idarə edildiyini təsdiqləsələr də, sürücünün spirtli içki qəbul etmədiyini bildiriblər.
Hər iki avtomobil Dövlət Yol Polisinin cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.