Afrində ard-arda partlayışlar - ÖLÜ VƏ YARALI SAYI ÇOXDUR
Afrində ard-arda 2 bombalı hücum olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, şəhər mərkəzində partlayıcı yerləşdirilmiş iki mülki avtomobil bir-birinin ardınca partladılıb.
Nəticədə 6 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Hücumun hansı qruplaşma tərəfindən törədildiyi hələ ki məlum deyil.
Araşdırmalar davam edir.