Ağdamda iki "Jiquli" toqquşub - YARALILAR VAR
Ağdamda iki avtomobilin toqquşması iki nəfərin xəsarət alması ilə nəticələnib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, avtoqəza rayonun Alıbəyli kəndi ərazisində baş verib.
Ağcabədi rayonunun Sarcalı kənd sakini Əliyev Xaqani Kazım oğlunun idarə etdiyi “VAZ-2106" markalı avtomobil qarşıdan gələn və Fariz Əliyevin idarə etdiyi digər “VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə birinci avtomobilin sürücüsü X.Əliyev, həmçinin F.Əliyevin avtomobilində olan sərnişin Əliyeva Mina Astan qızı xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.