İranda neft zavodu yandı - SÖNDÜRMƏK MÜMKÜN DEYİL
İranın cənub-qərb bölgəsində, Abadan şəhərində neft emalı zavodunda yanğın baş verib. Ərazidə xeyli sayda yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları çalışır.
APA TV-nin “Tasnim” agentliiynə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Hələ ki yanğının qarşısını almaq mümkün olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Bu, dünyanın ən böyük zavodlarından biridir.