Suriya ordusunun raketləri İordaniya ərazisinə düşdü - BÖLGƏDƏ GƏRGİNLİK ARTDI
Suriya ərazisindən İordaniyaya 5 raket atılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, raket zərbələri İordaniyanın Turra əyalətinə endirilib.
Boş bir tarlaya düşən ilk mərminin ardından bölgəyə daha 4 raket atılıb.
Nəticədə xeyli insan yaralanıb, avtomobillərə ziyan dəyib.
Qeyd edək k, ABŞ-ın xəbərdarlığına baxmayaraq Bəşər Əsəd qüvvələri 20 iyun tarixindən Dera bölgəsinə hərbi hücumlara başlayıb.