Masallı sakinin həyətində 24 çətənə kolu aşkarlandı
Masallıda həyətində narkotik yetişdirən keçmiş məhkum tutulub.
APA TV-nin cənub bürosunun məlumatına görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Ərkivan qəsəbə sakinini saxlayıb.
Saxlanılan şəxs həmin çətənə kollarının ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əkdiyini bildirib:
"Masallı rayon Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əziz Mirzəyevin yaşadığı evin həyətinə keçirilən baxış zamanı 24 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkiləri 4 kiloqrama yaxın əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə kolları aşkar edilərək götürülüb".
Faktla əlaqədar cinayət işi başlanıb.