Qazaxda maşın ağaca çırpıldı, iki qardaş yaralandı
Qazaxda iki qardaşın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Ürkməzli kəndinə gedən yolda qeydə alınıb.
Ürkməzli kənd sakini, 1993-cü il təvəllüdlü Dağlar Vüqar oğlu Qasımov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü və onun qardaşı, 2001-ci il təvəllüdlü Sərdar Vüqar oğlu Qasımlı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.