Tramp: "Putindən Prezident seçkilərinə müdaxilə məsələsini soruşacam"
ABŞ prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə Ukrayna və Suriyadakı vəziyyət, həmçinin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsini müzakirə edəcək.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evdə akkreditə olunmuş jurnalistlərə bildiriblər.
“Ukrayna, Suriya, seçkilər. Bizim seçkilərə kimsənin müdaxilə etməsini istəmirik”, - deyə D.Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş iyulun 16-da Helsinkidə keçiriləcək.