Türk Hava Yollarından “Zaman”, “Bugün”, “Today’s Zaman”, “Ortadoğu” qəzetlərinə qadağa!
Türkiyə Hava Yolları təyyarələrdə Fətullah Gülən camaatına bağlı olan “Zaman”, “Bugün”, “Today’s Zaman” qəzetlərinin və MHP-yə bağlı “Ortadoğu” qəzetinin sərnişinlərə pulsuz paylanmasına məhdudiyyətlər tətbiq edib. APA TV-nin "Milliyet"ə istinadən xəbərinə görə, şirkətin yaydığı açıqlamada bildirilir ki, pasport nəzarətindən keçdikdən sonra sərnişinlər gözləmə zalında uçuş biletlərini göstərərək istənilən qəzeti ala biləcəklər, biznes-klassda uçan sərnişinlərə isə bu gündən etibarən “Zaman”, “Bugün”, “Today’s Zaman” və “Ortadoğu” qəzetləri paylanmayacaq. Türkiyə mətbuatı Türk Hava Yollarının CIP ve Lounge salonlarına verilən qeyd olunan qəzetlərinin nüsxələrinin azaldıldığını qeyd edib.