Xameneyidən etiraf: "ABŞ-ın sanksiyaları İran xalqını hökumətə qarşı çevirir"
"ABŞ-ın sanksiyaları İran xalqını hökumətə qarşı çevirir".
APA TV-nin "Reuters" xəbər agentliyinə istinadən xəbərinə görə, bu sözləri İranın ali dini lideri Ayətullah Xameneyi deyib.
ABŞ-ın İrana qarşı iqtisadi təzyiqlərinin İran əhalisinin hökumətdən narazılığını artırdığını qeyd edən dini lider bunun Ağ Ev tərəfindən qəsdən təşkil olunduğunu vurğulayıb.
"Onlar iqtisadi təzyiqlə millətimizi bir-birindən ayırmaq istəyir. Ancaq xatırladaq ki, bundan öncəki 6 ABŞ prezidenti də buna cəhd edib. Amma hamısı uğursuz olub" - deyə o qeyd edib.