Moskvada erməni toyunda SİLAHLI İNSİDENT: BİR ERMƏNİ SAXLANDI

Moskvada ermənilərin toyunda silahlı insident baş verib. Toy karvanı paytaxtın Kaşirski şosesində hərəkətdə olan zaman 29 yaşlı Sərkis adlı erməni maşından havaya üç dəfə atəş açıb. Atəş səsindən narahat olan Moskva sakinləri polisə xəbər veriblər. APA TV-nin xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib, toy mərasimində iştirak edən 35 nəfərdən 20-nin əl izləri götürülüb. Ermənilər dindirilib, onların qeydiyyat məsələləri yoxlanılıb. Baş verən insident nəticəsində nikah mərasimi yarımçıq qalıv bə baş tutmayıb.

 

Havaya atəş açan Sərkis adlı erməni polisə könüllü təslim olaraq travmatik silahını təhvil verib. Onun Moskva ətrafında yerləşən şəhərlərdən birində yaşadığı, toya qonaq qismində dəvət olunduğu bildirilir. Silahlı insidentlə bağlı silahla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanıb. 

Müəllif | Apa.Tv