Şəmkirdə bir ailə qəzaya uğradı, 2 yaşlı körpə öldü
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2016-cı il təvəllüdlü Nuray Cavid qızı Məmmədova hadisə yerində ölüb, 3 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralılar 1977-ci il təvəllüdlü Cavid Məmmədov, onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aidə Kərimova və qayınanası, 1962-ci il təvəllüdlü Dizbəz Kərimovadır. Cavid Məmmədovun azyaşlı övladı və qaynı olan sürücü qəzadan xəsarətsiz xilas olublar.
İlkin məlumata görə, qəzaya səbəb avtomobilin şininin partlaması olub.
Faktla bağlı araşdırma aparılır.