İrəvanda yaşayış binası partladı, ölən var
İrəvanın mərkəzində yanğın baş verib.
APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, İrəvanın Nar-Dosa küçəsindəki yaşayış binalarından birində partlayış baş verib.
Partlayış nəticəsində binada güclü yanğın başlayıb. Nəticədə 1 nəfər ölüb.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Araşdırma aparılır.