Pensiyaçılar üçün VACİB XƏBƏR
Dekabrın 20-dən respublikanın bütün şəhər və rayonları üzrə pensiyaların maliyyələşdirilməsi prosesi yekunlaşıb. APA TV-nin xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, bütün maliyyələşmələr müvafiq bank filiallarına köçürülüb: "Fondun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin pensiyaçıların maliyyələşdirilməsi məsələsi isə bu gün artıq yekunlaşır. Həmin departamentdən pensiya alanların pensiyaları fərqli qayada da hesablanır. Və müvafiq güc strukturlarından daxil olmalara əsasən pensiyaları biz maliyyələşməsini reallaşdırırıq. bu gündə məndə olan məlumata əsasən həmin proses yekunlaşmaq üzrədir ".
Ölkədə pensiya sisteminin inkişafına dair xüsusi konsepsiyasının layihəsi hazırlandığını deyən Elman Mehdiyev bildirib ki, sənəd artıq hökumətlə razılaşdırılaraq baxılmaq üçün Prezident Administrasiyasına təqdim olunub: "DSMF dövlət proqramı ilə müəyyənləşdirilən vəzifələrə uyğun olaraq, beynəlxalq təcrübəni öyrənilməsini dərindən həyata keçirir. Son maliyyə böhranı fonunda dünyada müşahidə olunan sosial-iqtisadi tendensiyalar da xüsusi nəzərə alınır. bu sahədə müvafiq təkliflər üzərində çalışır. Hazırda fond bu istiqamətdə qanunvericiliyin hazırlanması istiqamətində iş aparır".
Elman Mehdiyev vurğulayıb ki, bu sahədə müvafiq qanunvericilik aktları qəbul edildikdən və qaydalar təsdiqləndikdən sonra Azərbaycanda qeyri-dövlət pensiya fondları fəaliyyətə başlayacaq. O deyib ki, son on illə müqayisədə orta aylıq pensiya məbləği 9 dəfə artıb.