Bərdədə iki gənc göldə boğuldu
Bərdə rayonunda iki gənc göldə boğularaq ölüb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Türkman kənd sakinləri - 2002-ci il təvəllüdlü Təhmasib İldırım oğlu Hacıyev və onun dostu, 2004-cü il təvəllüdlü Sahil Sahib oğlu Tahirov Tərtər çayının rayon ərazisindən keçən hissəsində, çayın ətrafında yaradılmış süni göldə çimərkən boğulublar.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.