Şəmkirdə 19 yaşlı oğlan Kürdə batdı
Şəmkirdə 19 yaşlı oğlan çayda batıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü rayon sakini Elçin Elxan oğlu İsgəndərov Kür çayının Kür qəsəbəsi ərazisindən keçən hissəsində çimərkən batıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. E.İsgəndərovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.