Maşın ana-balanı vurdu, qadın öldü, 10 yaşlı oğlu yaralandı

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Göygöl rayon sakini İsa Mustafayev idarə etdiyi "QAZ 3110" markalı avtomobillə yolu keçmək istəyən şəhər sakini, 52 yaşlı Zinyət Balayevanı və 10 yaşlı oğlu Səxavət Məmmədovu vurub. Nəticədə Zinyət Balayeva xəstanaya aparılarkən yolda keçinib. Digər yaralı isə Gəncə şəhər Təcilli tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdilrilib. Xəstəxanadan verilən məlumata görə, azyaşlının vəziyyəti orta-ağırdır. Həkim Rəfail Əsədov deyib ki, uşağın alt çənəsi əzilib, çapılıb, dişi sınıb.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv