Bakı-Qazax yolunun kənarında meyit tapıldı
Bakı-Qazax magistral yolunun kənarında şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, magistral yolun Goranboy rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində yaşı təxminən 50-55 yaşlarında olan kişi meyiti tapılıb. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.