19 yaşlı gənc Kürdə çimərkən boğulub - ŞƏMKİRDƏ
Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər suda batıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, həmin şəxs rayonun Morulu kənd sakini, 1999-cu il təvəllüdlü Turan Cabbarovdur.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində çayda batan 19 yaşlı gəncin meyiti sudan çıxarılıb.
Məlumata görə, T.Cabbarov Kür çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.