Lənkəranda 6 yaşlı uşaq kimyəvi maddədən zəhərləndi
Lənkəranda 6 yaşlı uşaq kimyəvi tərkibli olan maye içib.
APA TV-nin cənub bürosunun məlumatına görə, ucqar dağ kəndi olan Günəhir kəndində 6 yaşlı Nihat Kamran oğlu Mirzəyev evin alt hissəsində plastik qabda qoyulmuş kimyəvi rəng qarışdırıcısını qazlı su bilərək içib.
Azyaşlıya ailə üzvləri tərəfindən ilk tibbi yardım göstərilib. Daha sonra Nihat Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilir.