Nəvaz Şərif və qızı haqqında həbs qərarı çıxarıldı
Pakistanın sabiq baş naziri Nəvaz Şərif 10 il müddətinə azadlıqdan məhrum edilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, məhkəmənin qərarı ilə o, hökumətə 8 milyon funt sterlinq məbləğində cərimə də ödəməli olacaq.
Onun qızı Məryəm Şərif haqqında isə məhkəmə 2 milyon funt sterlinq pul cəzası və 7 il həbs qərarı verib.
Xatırladaq ki, 2017-ci ildə Nəvaz Şərif və ailə üzvlərinin qeyri-qanuni yollarla Londonda yaşayış binaları əldə etdiyi üzə çıxıb və bundan sonra Pakistan hökuməti tərəfindən onun barəsində araşdırma aparılıb.