Tovuzda "Niva" aşıb - YARALILAR VAR
Tovuzda ağır yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Qəribli kəndində “Niva” markalı avtomobil aşıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Bunlar Almalıtala kənd sakini, 1997-ci il təvəllüdlü Ələkbərov Bəkir Novruz oğlu və Qəribli kənd sakini, 1996-cı il təvəllüdlü Aşurov Tural Abuzər oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.