Əsəd qüvvələri İdlibə hücuma keçdi
Suriyada hökumət qüvvələri İdlibə raket və fosfor bombaları ilə hücum edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hücumlar əsasən dinc sakinlərin yaşadığı Şığır və Naciyə bölgələrinə, Markəkbə və Arbain kəndlərinə, Hələbin şimalındakı Həmra kəndinə təşkil olunub.
Nəticədə 1 nəfər ölüb, ən azı 8 nəfər yaralanıb.
Xatırladaq ki, 2017-ci ilin mayında Suriya böhranı barədə keçirilmiş Astana toplantısında İdlib "gərginliyi azaltma bölgəsi" elan edilsə də, Rusiya bölgəyə hava hücumları təşkil etməyə davam edib.