Gədəbəydə 31 yaşlı kişi qətlə yetirildi
Gədəbəydə qətl törədilib.
Gədəbəy Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, rayonun Ərtəpə kəndi ərazisində, “Dəyirman yeri” adlanan ərazidə Cəyir çayından üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Ərtəpə kənd sakini, 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlu olması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.