Qazaxda kütləvi dava: iki nəfər yaralandı
Qazaxda bir qrup şəxs arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, rayonun Aslanbəyli kəndində qeydə alınan kütləvi dava zamanı iki nəfər xəsarət alıb.
Kənd sakinləri - 33 yaşlı Musa Əbdülrəhmanov və 37 yaşlı Ramin Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin bıçaq yarası, digərinin isə küt alətlə xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.