Yenə yüksək sürət, yenə qəza...

Bakının Nobel prospektində ağır yol nəqliyyat hadisəsi baş verib. "Mercedes Benz" markalı avtomaşın qarşıda hərkət edən "Ford Focus"a çırpılıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Mercedes Benz"in sürücüsünün yüksək sürətlə sərt döngəyə daxil olması olub. İdarəetməni itirən sürücü maşını öncə səkiyə çırpıb, təkəri partlayan maşın qarşısında hərəkət edən "Ford Forcus"a dəyərək dura bilib. APA TV-nin xəbərinə görə, qəza nəticəsində hər iki maşın yararsız vəziyyətə düşüb.

 

Xətai Rayon Yol Polisi Şöbəsindən verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. İlkin araşdırmalara görə, qəzaya səbəb "Mercedes Benz"in sürücüsünün sürət həddini aşması göstərilir.

 

Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv