Bakıda avtomobil İŞIQFORA ÇIRPILDI

Bakının Səbayel rayonu, Zərifə Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Zərifə Əliyeva küçəsi ilə hərkətə edən "Hyundai Accent" markalı minik avtomobili yoldan çıxaraq işıqfora çırpılıb.

 

Səbayil Rayon Yol Polisi Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisəyə səbəb sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomaşına cidi ziyan dəyib.

 

Faktla bağlı Səbayel Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv