Bakıda PARTLAYIŞ: 1 NƏFƏR YARALANDI

Bakının Badamdar qəsəbəsində  partlayış baş verib. APA TV-nin xəbərinə görə, partlayış təmirə dayanmış 2 mərtəbəli obyektin birinci mərtəbəsində qeydə alınıb. Nəticədə fəliyyətsiz obyektin qapı-pəncərəsi dağılıb, bir nəfər xəsarət alıb.

 

Obyektin sahibi Səməd Fərziyev bildirib ki, partlayış baş verən otaqda qaz xətti yoxdur. İlkin ehtimala görə, obyektin arxasında yerləşən neft quyusundan içəri qaz sızıb. Bunun nəticəsində də partlayış olub.

 

Hadisə yerinə polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Partlayışın baş vermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv