Qəbiristanlıqda YANĞIN

Lənkəranda, “Kiçik Bazar” qəbirstanlığı ərazisində yanğın hadisəsi baş verib. Yanğın qəbirstanlığın gözətçi otağı və anbarda qeydə alınıb. Dərhal hadisə yerinə Lənkəran yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. APA TV-nin xəbərinə görə, qısa müddət ərzində yanğının qarşısı alınıb. Məlum olub ki, ərazidəki anbar və gözətçi otağı 51 yaşlı Əlisa Məmmədova məxsusdur. Ümumi sahəsi 160 kv olan tikilinin 50 kv-i tamamilə yanıb. Digər hissəsi qorunub saxlanılıb. Yanğınsöndürənlər yanan tikilinin içərisindən 2 qaz balonu aşkarlayıblar

 

Yanğının baş verməsinin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq. 

Müəllif | Apa.Tv