Göygöldə dəhşətli qəza: bir ailənin 3 üzvü öldü, 2-si yaralandı
Bakı-Qazax magistral yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv-nin qərb bürosunun məlumatına görə, hadisə yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində baş verib.
“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılması nəticəsində xəsarət alan sürücü, Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Fuad Rabil oğlu Aydınzadə xəstəxanada, onun anası Bənövşə Aydınzadə və 7 aylıq övladı hadisə yerində ölüb.
Fuad Aydınzadənin həyat yoldaşı və bacısı, 1982-ci il təvəllüdlü Nigar Aydınzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.