Zaqatalanın daha bir kəndinə qaz verildi

Zaqatalanın daha bir  kəndinə ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyi ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərcivəsində rayonunun Mazıx kəndinə ilk dəfə təbii qaz verib. APA TV-nin xəbərinə görə, bu münasibətələ təşkil edilmiş mərasimində Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, “Azəriqaz” İB-nin təmsilçiləri, müvafiq təşkilat nümayəndələri və Mazıx kənd sakinləri iştirak edib. Qeyd olunub ki, Mazıx kəndinə təbii qazın verilməsi ilə rayonun 14-cü kəndinin tam qazlaşdırılması başa çatıb. Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndin təbii qazla təchiz olunmasına görə bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildirib.

Daha sonra kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb, mənzillərdə qaz təzyiqi yoxlanılıb. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov